İsrail terroruna QARŞI ÇIXAN İLK AMERİKALI

Baxış sayı:
3496

ABŞ-da Demokratların önəmli şəxslərindən olan və sabiq prezidentliyə namizəd Vermont Senatoru Bernie Sanders, İsrailin silahsız nümayişçilərə atəş açmasına təpki göstərib.
 
Twitter hesabından açıqlama edən Bernie Sanders, qısa müddət ərzində çox sayda Fələstinlinin İsrail hərbçiləri tərəfindən vurulmasına diqqət çəkib.
ABŞ Konqresindən Qəzza məsələsində İsraili tənqid edən ilk şəxs olan Sanders, "Qəzzada bu gün 50-dən artıq insan həyatını itirdi, 2 min nəfər yaralanıb. Ötən həftələrdə da 41 nəfər öldürülmüş və 9 mindən çox adam da yaralanmışdı. Bu sarsıdıcı bir rəqəmdir. Həmasın zorakılığı, İsrailin silahsız nümayişçilərə atəş açmağına haqq qazandırmır" deyə, bildirib.
 
AQRESSİV BİR ROL OYNAMALIDIR
 
Daha əvvəl də ABŞ rəhbərliyini İsrail və Yaxın Şərq siyasəti ilə bağlı tənqid edən Sanders, "ABŞ, İsrail, Fələstin rəhbərliyi, Misir və beynəlxalq birliyi Qəzzadakı humanitar böhranı aradan qaldırmaq və artan zorakılığı sona çatdırmaq üçün aqressiv bir rol oynamalıdır" deyə, söyləyib.
Qeyd edək ki, Sanders, ABŞ prezidenti Donald Trampın Qüds qərarını açıqladığı vaxt da bu qərarın Yaxın Şərqə sülh gətirməyəcəyini ifadə etmiş və Tramp rəhbərliyinin tənqid etmişdi.
Müxalifət.az