Yaponiyadan Qüds açıqlaması: gərginlik...
14-05-2018 21:05
Baxış sayı:
6904

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yaşihide Suqa ABŞ səfirliyinin yerinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, bu, Yaxın Şərqdə sülh danışıqlarına mənfi təsir göstərərək, regionda vəziyyəti gərginləşdirə bilər.
Muxalifet.az xəbər verir ki, mayın 14-də Y.Suqa kütləvi-informasiya vasitələrinin nümayəndələrinə deyib ki, ABŞ məsələ ilə bağlı mövqeyini açıqlayaraq, Qüdsün statusunun məsələyə aid olan bütün tərəflərin iştirakı ilə müəyyən olmasının zəruriliyini bildirib.
Y.Suqa bir daha məsələyə Yaponiyanın mövqeyini bildirərək qeyd edib ki, bu, məsələnin iki dövlət prinsipi əsasında həllini nəzərdə tutur və gələcəkdə İsrail ilə yanaşı, Fələstin dövlətinin mövcud olmasını əks etdirir.