Dünyadan Israilə təpkilər yağır! TRAMPDAN QEYRİ CİDDİ AÇIQLAMA

Baxış sayı:
6994

ABŞ-ın Təl-Əviv səfirliyini Qüdsə köçürməsinə dünyadan təpkilər davam edir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Almaniya, Rusiya, İngiltərə və İrandan bəyanatlar verilib. ABŞ prezidenti Donald Tramp isə qətliamın keçirildiyi saatlarda Twitter hesabından pişkin açıqlama yayıb.
 
ABŞ prezidenti Donald Tramp, Twitter hesabından qeyri ciddi olduğu qədər, həm də insan acılarını gözrməzdən gələn bəyanat verib. İsrail əsgərinin törətdiyi soyqırımı görməməzliyə vuran Tramp, "İsrail üçün möcüzə bir gündür" deyə, tvitter hesabında mesaj bölüşüb. ABŞ prezidenti, mesajında "ABŞ səfirliyinin Qüdsə daşınması Fox News və Fox Business kanallarından saat 9-da canlı yayımlanacaq. İsrail üçün möcüzə bir gündür" deyə, qeyd edib.
 
BMT-dən AÇIQLAMA
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Hər Cür İrqi Diskriminasiyanın Aradan Qaldırılması Beynəlxalq Konvensiyasının nəzarət orqanı olan İrqi Diskriminasiyanın Aradan Qaldırılması Komitəsi, İsrailin Fələstinli nümayişçilərə "zor gücü" tətbiq etməsini pisləyib. Bəyanatda İsrailin şəhid etdiyi və yaraladığı minlərlə Fələstinli nümayişçinin heç bir şəkildə təhlükəsizliyə təhdidi təşkil etmədiyi vurğulanıb.
İsrail təhlükəsizlik qüvvələrinin Fələstinli nümayişçilərə zor gücü tətbiq etməsinin pisləndiyi bəyanatda, Qəzzadakı vəziyyətdən böyük narahatlıq duyulduğu da qeyd olunub.
Müxalifət.az