QƏZZADA GƏRGİNLİK: Əhaliyə havadan çağırış vərəqələri səpələnir
14-05-2018 11:25
Baxış sayı:
5650

İsrail Qəzza zolağındakı fələstinlilərə çağırış edib.
Muxalifət.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfi yeni aksiyalara hazırlaşan fələstinliləri ordunun qoruduğu sərhədə yaxınlaşmamağa və toqquşmalardan çəkinməyə çağırıb. Təyyarələr çağırış vərəqlərini Qəzza zolağının üzərində uçaraq səpələyiblər.
İsrail təhlükəsizlik qüvvələri ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar fələstinlilərin kütləvi aksiyalar planlaşdırığını güman edir.
Bundan narahat olan rəsmi Təl-Əviv Qəzza zolağına əlavə iki piyada briqadası göndərib.