“Yaxın Şərq ÇOX CİDDİ ÇƏTİNLİKLƏRƏ HAMİLƏDİR” - ƏRDOĞAN

İsrailin İran İnqilab Qvardiyasına etdiyi təcavüzü, Holan Təpələrindəki İsrail mövqelərinə hücum üzərində həyata keçirdiyi istiqamətindəki xəbərləri də dəyərləndirən Ərdoğan, "Bu xəbərin nə qədər sağlam olduğu hazırda qeyri-müəyyəndir, İran belə bunu qəbul etmir. İran bunu qəbul etmədiyinə görə, buna birtərəfli şərh vermək yanlış olar" deyə, söyləyib.
Mövzu ilə əlaqədar olaraq İran prezidenti Həsən Ruhani ilə danışdığını bildirən Ərdoğan, "Onlar belə bir şeyi qəbul etmirlər. Və bu gediş də yaxşı bir gediş deyil. Beləliklə, bir an əvvəl sülhə yönəlik addımları atmaq lazımdır. Əgər sülhə yönəlik addımlar atılmazsa, Yaxın Şərqin gələcəyi ciddi çətinliklərə hamilədir" deyə, dəyərləndirmə edib.
Qərb ölkələrinin bu barədəki mövqelərini nəzərdən keçirmələri lazım olduğunu ifadə edən Ərdoğan, başda ABŞ olmaqla, Qərb ölkələrinin Suriyadakı əməliyyatlarının daha mənfi nəticələr verməsindən narahat olduğunu deyib.
İran nüvə sazişinin ləğv edilməsi ehtimalının olub, olmadığı şəklindəki suala Ərdoğan, bunları qeyd edib:
«Amerikanın tutduğu mövqeyi digər ölkələr qəbul etmir. Bizə deyirlər ki, Amerikanın tutduğu bu mövqeyi qəbul etmirik, biz ona da tabe olmayacağıq, bu qədər açıq aydın ortadadır. Amerikadakı nüvə silahlarının sayı nə qədərdir, Fransada nüvə silahlarının sayı nə qədər, bütün hamısında nüvə silahı var. Bütün bunlar nüvə silahlarla dünyanı təhdid edərkən, başqalarının nüvə silah əldə etməsini isə təhdid kimi qəbul edirlər. Bunları anlamaq mümkün deyil və biz məhz dünya sülhünün təhdidini burada görürük".
Müxalifət.az