ABŞ və Birləşmiş Əmirlikdə TÜRKİYƏYƏ “ƏFQAN” OYUNU

Baxış sayı:
5428

Türkiyənin humanitar yardım həssaslığı bəzi ölkələr tərəfindən ona qarşı bir strateji silaha çevrilmək istənilir. İran üzərindən Türkiyəyə gələn Əfqan qaçqınları məsələsinin arxasından ABŞ və BƏƏ kimi Körfəz ölkələri çıxdı.
 
Türkiyəyə gələn Əfqan köçünün altından Birləşmiş Ərəb Əmirlikləri və Amerikanın ara qarışdıran səfiri Con Bass çıxıb. Taliban və Əl-Qaidə vasitəsilə miqrantları Türkiyəyə istiqamətləndirən BƏƏ, bu oyunla Türkiyənin humanitar yardım həssaslığını istismar edərək, xüsusilə Suriyada əməkdaşlıq etdiyi qonşu İran ilə arasını pozmağı hədəfləyir.
İran üzərindən Türkiyəyə son aylarda minlərlə miqrant gəlib. Ancaq ilk görünüşdə təbii görsənin bu axının bir oyun olduğu müəyyən olunub. Türkiyəyə göndərilən Əfqanları, əl-Qaidə və Taliban vasitə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla, Körfəz ölkələrinin xüsusilə Türkiyəyə istiqamətləndirdiyi ortaya çıxıb. Hətta bu ölkələr kirli planlarını həyata keçirmək üçün insan qaçaqmalçılarına pulla dəstək verdikləri də müəyyən olunub. Bu oyunla Türkiyənin humanitar yardım həssaslığı istismar edilərək, xüsusilə Suriyada əməkdaşlıq etdiyi qonşu İran ilə arasının açılması məqsədi güdülür. ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass, Əfqanıstana gedəndən sonra reallaşan bombalı hücumların artması və İran üzərindən Türkiyəyə köç axınının baş verməsi diqqəti cəlb edir.
 
KÜNCƏ SIXIŞDIRMAQ İSTƏYİRLƏR
 
Planın bir hissəsi İranla Türkiyəni qarşı-qarşıya gətirmək kimi qiymətləndirilərkən, digər bir hədəfi də ortaya çıxacaq mənzərələrlə Türkiyənin dünya ictimaiyyəti rəyində "humanitar" baxımdan nüfuzuna zərbə vurmağı hədəfləyir. Suriya vətəndaş müharibəsində "açıq qapı” siyasəti həyata keçirərək 3,5 milyon Suriyalıya qucağını açan Türkiyəni, Əfqan miqrant oyunu ilə çətin duruma salmaq istənilir. “Əfqanlar, 300 km-lik yolu piyada, çılpaq ayaqla qət edib, Türkiyəyə gəlir və küçədə yatır” fikri formalaşdırmaqla ictimai rəydə Türkiyəni gözdən salmaq istəyirlər. Bu isə dolayısı ilə Türkiyənin humanitar yardım həssaslığını istismar etməkdir. Suriya vətəndaş müharibəsində böyük bir insanlıq baxımından imtahan verən Türkiyə, bu ölkələrin son “qaralama” cəhdlərinə qarşı İslam ölkələrindəki Müsəlmanların sevgisini qazanmışdır. Bunun əksi olaraq Körfəz ölkələri isə Suriyalılara yardım etmədiyi üçün xalqları tərəfindən böyük təpki altındadır. Səhnəyə qoyulan son “Əfqan köçü” oyunu ilə "Türkiyə, qaçqınlara pis davranır” hissi yaradılaraq Türkiyənin bu humanitar üstünlüyünü qırmaq istəyirlər.
Müxalifət.az