Türkiyədəki SEÇKİ İKİNCİ TURA QALACAQMI?

Baxış sayı:
3748

“Cümhur İttifaqı”nın səs nisbətini 55 faiz olaraq açıqlayan İbrahim Uslu, prezident seçkisinin ilk turda Ərdoğanın qələbəsi ilə nəticələnəcəyini söyləyib.
 
“ANAR”-ın baş direktoru İbrahim Uslu, Bəyaz TV-də “Dinamit” proqramına qonaq olub.
 
SON SORĞU
 
İyunun 24-də keçiriləcək seçkilərdən əvvəl siyasi partiyaların son vəziyyətlərinin müzakirə edildiyi proqramda; İbrahim Uslu əlindəki anket nəticələrini bölüşüb.
 
“CÜMHUR İTTİFAQI” 55 FAİZ
 
AK Partiya ilə MHP-nin yaratdığı “Cümhur İttifaqı”nın səs nisbətinin 55% səviyyəsində olduğunu qeyd edən İbrahim Uslu,prezident seçkilərində də Rəcəb Tayyib Ərdoğanın öndə olduğunu açıqlayıb.
 
SEÇKİ İLK TURDA BİTƏCƏK
 
Uslu, “Görünən odur ki, seçkilər ilk turda bitəcək” deyərək fikrini tamamlayıb.
Müxalifət.az