"Qərb prezident Ərdoğanı sevmir, çünki.." – Bosniya-Herseqovinanın LİDERİ AÇIQLADI

Baxış sayı:
5935

Bosniya Və Herseqovina Prezident Şurasının sədri Bakir İzzetbekoviç, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Müsəlmanların uzun müddət gözlədiyi böyük bir lider olduğunu və bu səbəblə Qərb tərəfindən sevilmədiyini söyləyib.
 
İzzetbekoviç, Ərdoğanın 20 mayda Bosniya Və Herseqovinaya edəcəyi səfərə dair bəyanat verib.
İzzetbekoviç, səfər çərçivəsində reallaşacaq görüşdə, Türkiyənin dəstəyilə keçirilən və Bosniya və Herseqovinanın paytaxtı ilə Serbiyanın paytaxtını bir-birinə bağlayacaq Saraybosna-Belgrad magistral layihəsini müzakirə edəcəklərini bildirib.
Prezident Ərdoğanın Bosniya Və Herseqovinanın dostu olduğunu bildirən İzzetbekovic, "Dostumuz Ərdoğan Qərbdə o qədər də sevilmir. Çünki Ərdoğan Müsəlmanların uzun müddət gözlədiyi böyük bir liderdir" deyib.
 
NARAHAT OLURLAR
 
"(Qərb) Özlərinə rəqib kimi görmədikləri ibtidai və cahil Müsəlmanlardan narahat olmurlar" deyən İzzetbekoviç, "Ancaq iqtisadi inkişaf söz mövzusu olunca, ölkəsini 10 ildə 20-ci sıradan 10-cu sıraya daşıyan, dünyanın ən böyük hava limanını inşa edən, daxili mübarizənin, terrorun, sərhədləri ətrafında baş verən bütün müharibələrin yükünü çiyninə götürən, 3 milyon qaçqına qapılarını açan bir adamdan narahat olurlar" deyə, dəyərləndirmə edib.
İzzetbekovic, Bosniya və Herseqovinada da Ərdoğanı sevməyən kompleksli Boşnakların olduğuna diqqəti çəkərək, "Ərdoğana, dostlarının və onunla fəxr edənlərin də var olduğunu sübut edəcəyik" deyə, bildirib.
Müxalifət.az