Səudiyyə Ərəbistanı BALLİSTİK RAKETLƏRLƏ VURULDU

Yəməndən Husilər tərəfindən Səudiyyə Ərəbistanının Cazan vilayətinə atılan balistik raketlər məhv edilib.
Səudiyyə Ərəbistanının “El-Ahbariyye” televiziyasının xəbərində, Səudiyyə Ərəbistanının hava müdafiə sistemi tərəfindən Cazan vilayəti səmalarında bir balistik raketinin məhv edildiyi bildirilib.
Digər tərəfdən, Husilərə aid “El-Mesira” kanalında yer alan xəbərdə, Cazan vilayətindəki Derb hərbi düşərgəsinə yönəlik bir balistik raket atıldığı, hücumda Bədr 1 tipi ballistik raketinin istifadə edildiyi qeyd edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələrinin Yəməndə qanuni hakimiyyətə dəstək olmaq məqsədilə hərbi əməliyyat başladığı 26 mart 2015-ci ildən bu yana Səudiyyə Ərəbistanın müxtəlif bölgələrinə atılan raketlərin sayı 137-yə yüksəlib.
Müxalifət.az