​İnanırıq ki, Türkiyə də parçalanmaya qarşı çıxacaq - Çin

Baxış sayı:
4945

Suriyanın suverenlik və ərazi bütövlüyünün qorunmasını dəstəkləyirik. Suriyanın parçalanmasına qarşı çıxırıq. İnanıram ki, Türkiyə daxil olmaqla, Yaxın Şərqdəki digər ölkələrin də əsas mövqeyi budur.
Muxalifet.az xəbər verir ki, bunu Çin hökumətinin xüsusi nümayəndəsi Qonq Xiaosenq deyib.
"Suriya məsələsində mövqeyimiz bəllidir. Axan qanın tezliklə dayandırılmasını və müzakirələrin aparılmasını istəyirik. Bu da Yaxın Şərq və dünya üçün son dərəcə əhəmiyyətlidir. Çin olaraq hər zaman belə düşünürük. Hərbi müdaxilələrlə Suriyanın gələcəyi yoxdur. Problemin yeganə həlli siyasi müzakirələrdir", - Xiaosenq deyib.