Bakıda Azərbaycan bayrağına həsr edilmiş layihənin təqdimat mərasimi keçirildi - VIDEO

Baxış sayı:
4144

Bakıda mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 95-ci, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.
Muxalifet.az xəbər verir ki, rəsmi şəxslərin çıxışından sonra şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klipin təqdimatı olub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
“Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” təşkilatı və ASAN radionun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin reallaşdırıldığı dövrdə müxtəlif tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Muxalifet.az