​Türkiyənin yeni silahı - “F-35”lər GƏLİR

Baxış sayı:
4405

Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılan birinci F-35 qırıcısı ilk sınağını edib.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Kokpit Aero” portalı məlumat yayıb.
İlk sınaq Texasdakı “Lockheed Martin” şirkətinə məxsus ərazidə həyata keçirilib. “18-001” nömrəli təyyarənin test pilotu Commander Uilson olub.
Təyyarənin 21 iyunda Türkiyə Hava Qüvvələrinə təhvil verilməsi gözlənilir.
Sözügedən təyyarələrin Malatyadakı 7-ci Əsas Təyyarə Baza Komandanlığına gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ-da bir qrup senator F-35 tipli qırıcı təyyarələrin Türkiyəyə satılmasını əngəlləmək üçün qanun layihəsi hazırlamışdı.