3 ölkədən Türkiyə əleyhinə ANLAŞMA

Baxış sayı:
2611

Cənubi Kipr, Yunanıstan və İsrailin, Ağdənizdə birgə qaz kəməri yaradılması ilə bağlı anlaşdığı bildirilir.
 
Cənubi Kiprin lideri Nikos Anastasiadisin ev sahibliyində Yunanıstan baş naziri Aleksis Çipras və İsrail baş naziri Benyamin Netanyahu arasında yüksək səviyyəli əməkdaşlıq üçlü zirvə toplantısı Nikosiyada keçirilib.
 
MƏQSƏD TÜRKİYƏNİ KƏNARDA TUTMAQDIR
 
Görüşün ən mühüm hissəsi isə Türkiyədən yan keçmək üçün planlaşdırılan Şərqi Ağdəniz boru kəməri layihəsi olub.
Qaz boru xətti layihəsi, İsrailin Hayfa limanından başlayaraq Kipr adasının cənubundan keçəcək və əlavə bir boru kəməri ilə Kiprin Yunan rəhbərliyinə bağlanacaq və buradan da Yunanıstanın Krit adası, sonra Yunanıstanın quru ərazisi üzərindən Adriatik dənizinə və İtaliyaya çatacaq.
 
Yunanıstan, İsrail və yunanların qaz planı
 
İsrail və Kiprin sahillərində qaz ehtiyatlarının çoxu dəniz altından keçəcək 1880 kilometrlik boru kəməri ilə Aİ-yə çatdırmağı hədəfləyən Yunanıstan, Kipr və İsrail, layihənin tamamlanmasından sonra Misir qaz ehtiyatlarını da eyni xəttə bağlamağı hədəfləyir.

ELEKTRİK XƏTTİ DƏ QURULACAQ
 
Çipras, Netanyahu və Anastasiadis qaz kəməri ilə yanaşı, İsrail ilə Kipr adası arasında yenə dəniz altından elektrik xətti qurulması məsələsində də razılığa gəlib. Elektrik xətti, qaz kimi Yunanıstan ərazisindən Aİ-yə çatdırılma məqsədini daşıyır.

Müxalifət.az