AP savadsız qərar qəbul etdi - Nazir
15-03-2018 19:03
Baxış sayı:
4186

Avropa Parlamentində Afrində aparılan “Zeytun budağı” əməliyyatının dayandırılması ilə bağlı qəbul edilən qanun layihəsi əsassız və savadsız qərardır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi (AB) işləri üzrə naziri və baş müşaviri Ömər Çelik deyib.
“Bu, AP kimi mötəbər qurumun Suriyada baş verənlərdən nə qədər xəbərsiz olduğunu göstərdi”, - deyə nazir bildirib.
Çelik onu da əlavə edib ki, qurum bu addımla Suriyada yeni münaqişənin yaranmasına şərait yaradır.
Qeyd edək ki, bu gün AP-də Türkiyənin “Zeytun budağı” əməliyyatını təcili dayandırması ilə bağlı qanun layihəsi qəbul edilib.