Avropa Parlamentinin qalmaqal Afrin çağırışına Türkiyədən SƏRT TƏPKİ

Avropa Parlamentinin (AP) Afrin ilə bağlı çağırışına təpki göstərən Avropa İttifaqı üzrə azir Ömər Çelik, “perspektivsiz və cahilanə bir qərara imza atdılar" deyib.
Avropa Parlamentinin Türkiyəyə Afrindəki əsgərlərini çəkməsi üçün etdiyi qalmaqal çağırışa Türkiyənin reaksiyası çox sərt oldu.
ƏN PERSPEKTİVSİZ QƏRARDIR
Mətbuar konfransı keçirən Aİ naziri Ömər Çelik, Avropa Parlamentindəki Suriya ilə bağlı səsverməyə münasibət bildirərkən, "Bizi çox təəccübləndirən bir qərar oldu. Avropa Parlamentinin meydançadakı həqiqətləri görməkdən nə qədər uzaq olduğunu gördük. Avropa Parlamentinin altına imza atdığı ən perspektivsiz qərardır" deyib.
MÜLKİ ƏHALİYƏ İKİLİ STANDARTLI MÜNASİBƏT NÜMAYİŞ ETDİRDİLƏR
Qərarı perspektivsiz və cahilanə kimi qiymətləndirən nazir Çelik,
Avropa Parlamentinin mülki əhali məsələsində ikili standartlı münasibət nümayiş etdirdiyini bildirib.
Müxalifət.az