​Savçenko komitədən çıxarıldı – HƏBSİNƏ HAZIRLIQ GEDİR

Baxış sayı:
3598

Ukrayna Radası Nadejda Savçenkonu Müdafiə Komitəsindən uzaqlaşdırıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, buna səbəb Savçenkonun Radada terakt hazırlamaq istəməsi ilə bağlı ittihamlar olub. Savçenkonun komitədən uzaqlaşdırılmasını 269 deputat dəstəkləyib.
Deputat Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin də tərkibindən çıxarılıb.
Qeyd edək ki, Ukrayna Baş prokuroru Yuri Lutsenko Savçenkonun Radada terakt həyata keçirməklə bağlı danılmaz faktlara sahib olduğunu bildirib. O, Savçenkonun deputat toxunulmazlığının ləğv edilməsini istəyib.