ABŞ-a xəbərdarlıq etdilər: BURANI TƏRK EDİN, YOXSA..

Baxış sayı:
5473

ABŞ ilə Türkiyə arasında Münbiç danışıqları davam edərkən regiondakı tayfa liderləri bundan sonrakı prosesə dair qəti fikirlərini bildiriblər. PKK ilə birlikdə Amerikalıların da bu torpaqları tərk etməsini istəyən tayfa liderləri, "Əgər qalmaqda israr edərlərsə, xalq kimi bunun gərəyini yerinə yetirərik" deyib.
 
Münbiç xalqı, işğalçı PKK-nın ən böyük dəstəkçisi olan ABŞ-ı yurdlarında istəmir. ABŞ-ın PKK-dan sonra Münbiç bölgəsində qalacağı iddialarına dair bəyanatlar verən qənaət liderləri; Əsəd, İŞİD və PKK-ya qarşı mübarizədə 4 mindən çox şəhid verdiklərini, bölgəyə PKK ilə birlikdə gələn Amerikalıların yenə terror təşkilatı birlikdə getməsi lazım olduğunu söyləyib. Tayfa liderləri, "Münbiçdə təhlükəsizliyi Türkiyə və ASO-nun təmin etməsini istəyirik. ABŞ əsgərinə burada artıq rahatlıq yoxdur" deyib. Münbiç xalqının böyük bir qismini təmsil edən tayfalar, "İşğal Əleyhinə Xalq Hərəkatı” adlı bir qurum yaradıb. Əl Bubenna, Beni Asiyd, Əl Buşaben, Umeyrat, Ceys, Damalka kimi Ərəb tayfaları ilə Gülc, Ərəbli, Karaşıklı və Hacı Əli kimi Türkmən tayfalarından ibarət ittifaqa Münbiç mərkəzli “Hizbul Nida” Partiyası da dəstək verir. PKK əleyhinə olan cəbhə, terror işğalına son vermək məqsədi ilə müxtəlif mitinq və etiraz aksiyaları də keçirir. Məsələ ilə bağlı danışan tayfa liderləri, "ABŞ işğalçı qüvvə kimi gəldi və bölgə xalqının nəzərində heç bir etibarı yoxdur. Türk əsgərini bağrımıza basarıq, ancaq ABŞ əsgərinin burada qalmasını istəmirik. PKK-nı çıxardıqdan sonra ABŞ qalmaqda israr etsə, xalq kimi qarşılarına çıxacağıq və gərəyini yerinə yetirəcəyik" deyə, bildiriblər.
Müxalifət.az