ABŞ əsgərləri Münbiçə yaxın BÖLGƏLƏRDƏN ÇƏKİLİRLƏR

ABŞ ordusunun (Pentaqon) bəzi birlikləri Münbiçin “Fərat Qalxanı” bölgəsi ilə həmsərhəd olan hissələrindən çəkilir.
Bölgə mənbələri, zirehli maşınların müşayiəti ilə Türk və ASO qoşunlarının yerləşdiyi mövqelərə həmsərhəd bölgələrdən çəkilən Amerika əsgərlərinin vəziyyətinə dair məlumat verib. Ötən günlərdə PKK-lı terrorçularla birlikdə görüntü pozaları verən ABŞ-lı generalların əsgərləriylə birlikdə o bölgədən çəkildiyini bildirən mənbələr, Pentaqon ünsürlərinin Qurd əl-Kəbir, Ummul Cülud və Seyyadə kəndlərini tərk etdiklərini bildirib. Alınan məlumata görə, Hasəkə-Rimeylandaki Pentaqon bazasından gələn Amerikalı yüksək səviyyəli şəxslər PKK başçıları ilə iclas keçirib. ABŞ-ın Münbiçdən PKK ilə birlikdə tamamilə çəkilib, çəkilməyəcəyi məsələsinin yaxın günlərdə müəyyənləşməsi gözlənilir.
PKK-ya BASQIN
Bu arada Münbiç xalqı PKK-ya qarşı dirəniş mübarizələrini davam etdirir. Münbiçliler dünən PKK qərargahına hücum edib. Tariyk əl-Hələb bölgəsində yerləşən həbsxanada 85 nümayişçini zorla saxlayan terrorçulara qarşı üsyan qaldıran vətəndaşlar, buradakı PKK binasına basqın təşkil edib. Ancaq həbsxanalardakı əsirləri xilas etmək mümkün olmayıb. Terror təşkilatına qarşı artan etirazlar səbəbindən ABŞ-PKK cəbhəsində böyük narahatçılıq yaşanır.
21 aylıq işğal
Münbiçdəki 450 kənddən 420-si və rayon mərkəzi 21 aydır ki, PKK işğalı altındadır. Regiona 2016-ci ilin iyun ayında gələn ABŞ və PKK Türkiyənin əməliyyat qətiyyəti qarşısında geri addım atmaq üzrədirlər. Münbiç daxilində 30 kəndə ASO, 200 yaşayış məntəqəsinə Əsəd və müttəfiqləri, 320 kəndə isə PKK-ABŞ ittifaqı nəzarət edir.
Müxalifət.az