​Saakyan Moskvaya getməyəcək - ZAXAROVA

Baxış sayı:
3334

Kiminsə hansısa regiondan başqa regiona getməsini, xüsusən bu, Rusiyaya aid deyilsə, şərh etmək doğru olmazdı.
Muxalifət.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ separatçılarının başçısı Bako Saakyanın ABŞ-a səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Saakyanın Vaşinqtondan sonra Moskvaya səfər edəcəyi ilə bağlı heç bir məlumat yoxdur.
O, Rusiyanın Qarabağ məsələsinin imzalanmış razılaşmalar əsasında həllinin tərəfdarı olduğunu bildirib.
Zaxarova həmçinin Qarabağ probleminin həlli istiqamətində Rusiyanın bütün tərəfdaşları ilə müzakirələr apardığını söyləyib.