​ABŞ səfiri Azərbaycanı TƏRK EDİR

Baxış sayı:
3361

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycanda diplomatik missiyasını başa vurur.
Hurriyyet.org xəbər verir ki, bunu “İnterfax Azərbaycan” saytına səfir özü deyib.
 “Bəli, mən, həqiqətən, Azərbaycanda diplomatik missiyamı başa vururam”, - R.Sekuta bildirib.
Sekuta deyib ki, Azərbaycanı martın sonunda tərk edəcək. O, həmçinin əlavə edib ki, ABŞ-ın Azərbaycandakı yeni səfirinin kimi olacağını bilmir.
Xatırladaq ki, R.Sekuta 2014-cü ilin dekabr ayından ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində çalışır.