Afrindəki terrorçular da QAÇMAĞA BAŞLADI

Baxış sayı:
5239

TSQ-nin Afrinin ətrafını mühasirəyə alması və əhalinin bölgədən ayrılması üçün dəhliz açılmasını fürsət bilən YPG-li terrorçular da mülki əhaliyə qarışaraq qaçmağa başlayıb. Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) güclərinin 20 yanvarda başladığı “Zeytun Budağı” Hərəkatının 54-cü günündə, PKK/ PYD-li terrorçuların bütün müqaviməti qırıldı. Şiddətli qarşıdurmalar nəticəsində qoşunların 2 gün öncə mühasirəyə aldığı Afrin rayon mərkəzindəki yüksək səviyyəli PKK/PYD rəhbərlərinin ailələri ilə birlikdə qaçdığı, çox sayda terrorçunun da mülki əhali ilə birlikdə ayrıldığı bildirilib. “Habertürk” qəzetinin verdiyi xəbərə görə, ASO komandirləri, "Afrin faktiki olaraq təslim olub" deyə, bildirib və mərkəzdə qalan 1500-dək terrorçunun kiçik də olsa müqavimət göstərəcəyini deyib. Rayonda təxminən 500 min əhalinin olduğu və rayon mərkəzindən çıxış üçün dəhlizin bir müddət daha açıq tutulacağı ifadə edilib. Cənubdakı dəhlizdən dünən də yüzlərlə maşın konvoy halında rayon mərkəzindən ayrılıb. Müxalifət.az