Afrindəki Əsəd BAYRAQLARI ENDİRİLDİ: ANLAŞMADILAR

Baxış sayı:
4672

Türk əsgərinin qətiyyətli addımları qarşısında terror təşkilatı PKK/YPG, terroru dəstəkləyən ölkələri köməyə çağırdı. Çarəsiz qalan terrorçular, ən son çarə olaraq gördükləri Əsəd rejimindən də gözlədiyi dəstəyi ala bilmədi. Əsəd rejimi, Afrindəki bayraqlarını endirdi.
 
Terror təşkilatı YPG-nin Amerikanın dəstəyi ilə Suriyanın şimalında həyata keçirdiyi çirkli planlar, Türk Silahlı Qüvvələrinin keçirdiyi “Zeytun Budağı” Hərəkatı ilə pozuldu.
Əməliyyat çərçivəsində təşkilata ağır zərbələr vuran Türk əsgəri, terrordan təmizlədiyi ərazilərdə sülh və əmin-amanlıq şəraitini təmin etdi.
 
AFRİNDƏN QAÇACAQLAR
 
Hərəkatın başlaması ilə terror bölgələrinə Amerika və Rusiya bayraqları asan terrorçular, dəstəyin geri çəkilməsi ilə bu dəfə Əsəd rejiminə sığındı.
 
BAYRAQLAR ENDİRİLDİ
 
Amerika və Rusiyadan sonra Əsəd rejimi də anlaşa bilməyən təşkilatın qaçmaqdan başqa çarəsi qalmadı, terrorçular asılan bayraqları da endirdi.
 
QƏNDİLDƏ NARAHATLIQ
 
Terrorçuların küncə sıxışdırılması ilə Qəndildən də üst-üstə açıqlamalar gəlməyə başlayıb.
Təşkilatın başçılarından olan Cəmil Bayık, Əsəd rejimi ilə YPG arasında bir müqavilə bağlamaq istədiklərini, ancaq nəticə əldə edə bilmədiklərini təsdiqləyib.
 
RAZILAŞMADILAR
 
Terrorçubaşı Bayık, "Suriya hökuməti, Afrinin hamısını nəzarət altına almaq istəyirdi. Buna görə də hər iki tərəf razılığa gəlmədi" deyib.
 
DAHA ƏVVƏL DƏSTƏK VERMİŞDİ
 
Ötən həftələrdə “Reuters”ə açıqlama verən bir Əsəd komandiri, YPG-nin kommunikasiya problemi yaşamaması üçün bir dəhlizin açıldığını və bu dəhlizə mane olmadıqlarını bildirmişdi.
Müxalifət.az