ABŞ-la Menbiç görüşü TƏXİRƏ SALINDI

Baxış sayı:
3106

Türkiyənin XİN sözçüsü 19 martda Vaşinqtondakı toplantının təxirə salındığını bildirib. Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a getmir.
 
Xarici işlər nazirliyinin sözçüsü Həmid Aksoy, Çavuşoğlunun ABŞ-da keçirəcəyi Menbiç görüşünün təxirə salındığını açıqlayıb. Aksoy, "19 martda Vaşinqtondakı toplantı təxirə salınıb" - deyib.
Qeyd edək ki, Çavuşoğlu, ABŞ prezidenti Donald Trampın Reks Tillersonı vəzifədən almasından sonra görüşün təxirə salınacağını ifadə etmişdi.
Müxalifət.az