Türk əsgəri Afrin TƏPƏLƏRİNƏ YERLƏŞDİ

Baxış sayı:
3679

Zeytun Budağı Hərəkatında 54 gün geridə qalarkən, Afrinin qapısına dayanan Türk əsgəriASO gücləri, şəhərin görünən təpələrinə yerləşdi, lülələr Afrinə çevrildi. Bir gündə 12 kənd PKK/PYD-li terrorçulardan təmizləndi.
 
“Zeytun Budağı” Hərəkatında dünən etibarilə 54-ci gün geridə qalarkən Afrin ətrafına qurulan mühasirə də daralmağa başladı. Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) dünən Afrin mərkəz və mahallarına bağlı səkkiz kənd ilə iki kritik nöqtə daha terrorçulardan təmizlənib. Afrini görünən təpələrinə baza yaradılaraq zirehli qoşunlar yerləşdirilib. Hakim təpələrdəki tanklarla mərmilərin lülələri da Afrinə tuşlanıb. Afrin və ətrafında yaşayan əhalinin bütün təhlükələri nəzərə alınaraq təhlükəsiz yerlərə çıxışı da davam edir. TSQ və ASO, dünən Afrinin rayon mərkəzinə bağlı Göz, Yuxarı Kaferdel, Marratah və Şadir kəndləri, cənub-qərbdə Cinderesi mahalının Çolağan və Quran kəndləri, şimalda Bülbül mahalının Közü Qul kəndi ilə Mabat mahalının Şatiyan kəndini YPG/PKK-İŞİD-dən xilas edib. Əməliyyatlarda 684 və 717 rəqəmli təpələr də terror təşkilatından təmizlənib.
Müxalifət.az