​Rusiyanın böyük bir məsuliyyəti var - Qurtulmuş

Baxış sayı:
8776

Rusiya və Türkiyənin hazırda münasibətləri çox mühüm mərhələdədir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş çıxış edib.
"Rusiya və Türkiyə böyük potensial və miqrasiyaya, enerji və digər bir çox müştərək mövzuda təsirə malik iki ölkədir. Hazırda münasibətlərimizin çox mühüm mərhələsindəyik. Təhlükəsizlik, siyasət və iqtisadi məsələlərlə bağlı dəqiq bir anlayış var. Türkiyə və Rusiyanın böyük bir məsuliyyəti var", - Qurtulmuş söyləyib.