Alman televiziyası türk əsgərini təhqir etdi
14-03-2018 18:37
Baxış sayı:
8656

Almaniyanın ARD kanalında Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı yayımlanan xəbərdə türk əsgəri “işğalçı” adlandırılıb.
Muxalifət.az xəbər verir ki, telekanalın müxbiri Dominik Lessmeisterin ifadələri Türkiyədə kəskin narazılığa səbəb olub.
“İnsan hüquqları müdafiəçiləri Afrində bir fəlakətin yaşandığını bildirir. Buna görə də insanlar türk ordusunun bombardmanlarından və artilleriya zərbələrindən qaçmağa çalışır”, - müxbir bildirib.