​Avropa İttifaqı SÖZÜNÜ TUTDU: Türkiyəyə 3 milyard avro ödəyəcək

Baxış sayı:
8512

Avropa İttifaqı 2015-ci ildə imzalanan miqrant razılaşması çərçivəsində Türkiyəyə 3 milyard avronu ödəməyə razılaşıb.
Muxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Miqrasiya Komissiyasının üzvü Dimitris Avramopoulos Tvitterdə məlumat paylaşıb.
Bunun 1 milyard avrosu Avropa İttifaqının büdcəsindən, 2 milyardı isə ittifaqa üzv ölkələr tərəfindən ödəniləcək.
Qeyd edək ki, miqrant müqaviləsinə görə, Avropa İttifaqı Türkiyəyə 2 dəfəlik olmaqla 6 milyard avro pul ayrılmalı idi.