ZƏRDAB SAKİNLƏRİNDƏN İLHAM ƏLİYEVƏ MÜRACİƏT – “...Həyatımız üçün ciddi təhlükədir”

“Zərdab rayon Elektirik Şəbəkəsinin müdiri Səməd Hüseynovun korrupsiya əməlləri nəticəsində vətəndaşların həyatları ciddi təhlükə qarşısındadır, dövlətə isə küllü miqdarda ziyanlar dəyir”.
Bu haqda Zərdab rayon sakinləri Əliyev Qənimət Rza oğlu, Qasımov Camal Hüseyn oğlu, Məmmədova Gülmirə Nazim qızı, Aslanova Sona Baba qızı, Hüseynova Tahirə Mövsüm qızı, Xəlilov Zahid Paşa oğlu, Abdullayev Namiq Fərhad oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına daxil olan şikayət məktubunda vurğulanır.
Məktubda daha sonra qeyd olunur:
“Betondan olan elektirik dirəklərini dibinə beton tökülmədən torpağa basdırılır ki, bu da çox təhlükəlidir, hər vaxt güclü külək nəticəsində həmin dirəklər aşa bilər. Boru formalı elektirik dirəklərinə yağışdan qorunması üçün üst örtükləri vurulmur. Bunu isə ona görə edirlər ki, dəmir borular yağış suyundan erroziyaya uğrasın, təmir adı ilə dövlət vəsaitlərini mənimsəsinlər. Hansı ki, "Asiya İnkişaf Bankı" bu işlərin görülməsi üçün külli miqdarda vəsait ayırmışdır. Həmin vəsait belə saxtakarlıq yolu ilə talan edilir.
Kəndlərdə elektirik transfarmatorları üçün tikilmiş yerlər hələ də boş qalıb. Həmçinin transfarmatorların əksəriyyəti suyun içindədir ki, bu da insan həyatı üçün çox-çox ciddi təhlükədir.
Zərdab rayon Elektirik Şəbəkəsinin rəisi Səməd Hüseynovun talançılığı nəticəsində sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır. Səməd Hüseynov əvvəllər ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Harada işləyibsə, orada ciddi narazılıqlar yaradıb, korrupsiya əməlləri ilə məşğul olub.
Zərdab rayonu Gödəkqobu kənd sakini sahibkar İbadov Nofəl İbad oğluna məxsus ticarət obyektinin və yanacaqdoldurma məntəqəsinin 5 metrliyindən yüksək gərginlikli elektirik xəttini çəkən Səməd Hüseynov, bu qanunsuz əməli ilə ciddi təhlkə yaratmışdır. Hansı ki, qanuna əsasən yüksək gərginlikli elektrik xətti obyektdən 30-40 metr aralı məsafədən çəkilməlidir. Zərdab şəhərinin mərkəzində yerləşən istirahət parkında çəkilmiş elektirik xəttləri yerdən açıq formada aparılmışdır ki, bu da insanların həyatı üçün ciddi təhlükədir.
Səməd Hüseynovun müavini Ələmdar Abbasovun ali təhsil almasına dair diplomu saxtadır. Zərdab rayon Elektirik Şəbəkəsinin rəis müavini Ələmdar Abbasov həmin saxta diplomu Dağıstandan 2000 manata almışdır. Ələmdar Abbasov heç həmin ali məktəbin yerini belə bilmir ki, Dağıstanın harasında yerləşir. Azərbaycanda bu alverlə məşğul olan şəxslərdən həmin saxta diplomu alan Ələmdar Abbasov buna görə nəinki tutduğu vəzifədən uzaqlaşdırılmalıdır, hətta cinayət məsuliyətinə cəlb edilib həbs olunmalıdır.
Biz mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və "Azərişıq" ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib, xahiş edirik insanların həyatına ciddi təhlükə yaradan, dövlət vəsaitini talan edən Zərdab rayon Elektrik Şəbəkəsinin rəisi Səməd Hüseynovun və onun saxta diplomlu müavini Ələmdar Abbasovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.