Tillersonun köməkçisinə YÜKSƏK VƏZİFƏ
14-03-2018 10:09
Baxış sayı:
6454

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertə yeni vəzifə verilib.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Noyert ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müşaviri vəzifəsinə təyin edilib.
Bu vəzifəni tutan Stiv Qoldstein Reks Tillersonla birgə istefaya göndərilib.