​Bayraq meydanında kişi bıçaqlandı

Baxış sayı:
9322

Mingəçevir şəhərində 57 yaşlı kişi bıçaqlanıb.
Muxalifet.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Bayraq meydanı ərazisində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü şəhər sakini Malik Səfər oğlu Məmmədov bıçaqlanmış şəraitdə aşkarlanıb və dərhal xəstəxanaya yerləşdirilib.
Əldə olunan ilkin məlumata əsasən, M.Məmmədov özünə bıçaqla xəsarət yetirdiyini deyib.