YILDIRIM SABAH BAKIYA GƏLİR
13-03-2018 15:55
Baxış sayı:
8380
Türkiyə Baş naziri Binəli Yıldırım sabah Azərbaycana səfər edəcək.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti məlumat yayıb.
Səfər çərçivəsində Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.
Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.