Paytaxt sakini 6 avtomobili qarət etdi
7-03-2018 17:38
Baxış sayı:
5140

6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Hacıyev saxlanılıb.
Muxalifət.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Ramil Hacıyev Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
O, ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə rayon ərazisində 6 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinir.