Bakıda Polis İdarəsinin İstintaq şöbəsinin rəisi İŞDƏN ÇIXARILDI
6-03-2018 18:13
Baxış sayı:
6200

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Muxalifət.az report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu RPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib. Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.