Netanyahu bunu gözləmirdi: KÖMƏKÇİSİ ƏLEYHİNƏ İFADƏ VERƏCƏK
5-03-2018 18:07
Baxış sayı:
5125

İsrailin baş nazirinin keçmiş sözçüsü və həmdəmi Hefetz, korrupsiya araşdırmasında Netanyahu əleyhinə ifadə verməyi qəbul edib.
Korrupsiya araşdırmalarından yaxasını xilas edə bilməyən İsrailin baş naziri Binyamin Netanyahuya son zərbə, sabiq müşavirindən gəlib.
İsrail mətbuatı, Netanyahunun həmdəmi Nir Hefetzin baş nazir əleyhinə ifadə verəcəyini son dəqiqə xəbəri olaraq verib.
Netanyahu və həyat yoldaşının həftə sonunda beş saat polis sorğusuna çəkildiyi “Bezeq” telekommunikasiya araşdırmasında, Hefetz aparıcı rolda çıxış edir.
Müxalifət.az