Çexiyadan terrorçubaşı ilə bağlı skandal bəyanat
27-02-2018 21:32
Baxış sayı:
9817

Biz Saleh Müslümü azadlığa buraxaraq heç bir öhdəliyi pozmadıq.
Muxalifet.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Terrorizmi dəstəklədiyimizlə bağlı irəli sürülən iddialar doğru deyil. Əgər Türkiyə Müslümün ekstradisiya olunmasını istəyirsə, bunu hüquq çərçivəsində dəyərləndirə bilərik”, - bildirilib.
Qeyd edək ki, bu gün Praqa məhkəməsi S.Müslümün azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Türkiyə XİN isə bu qərarı sərt şəkildə tənqid edərək Çexiyaya nota göndərib.