PKK yezidiləri Afrinə yığır: Türkiyəyə qarşı MÜHARİBƏYƏ START VERİLİR
27-02-2018 20:27
Baxış sayı:
10627

Ətraf şəhərlərdə yaşayan sakinlər müxtəlif adlar altında Afrinə aparıldıqdan sonra müharibədə canlı qalxan kimi istifadə edilir.
Muxalifet.az xəbər verir ki, bu sözləri peşmərgə komandanlarından olan Qasım Şeşo deyib.
“Yezidi qız və oğlanlar silah gücü ilə Afrinə aparılır. PKK-nın tələbini rədd edənlər güllələnir. Yezidilərdən biri artıq güllələnib. Digər iki nəfər isə yaralıdır. PKK-ya görə minlərlə ailə dağılıb”, - Şeşo bildirib.