​Bu kitabların ölkəyə gətirilməsinə icazə verilmədi

Baxış sayı:
8998

Keçən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.
N. Məmmədov deyib ki, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.