FETÖ-nün adamı ABŞ-a qaçdı
27-02-2018 12:55
Baxış sayı:
8161

Milli İstihbarat Təşkilatının əməkdaşları ilə birlikdə yük avtomobilinin sürücüsünü qanunsuz dinlədiyi və FETÖ üzvü olduğu iddiası ilə həbs edildikdən sonra ev dustaqlığına buraxılan Məhmət Qaraborq yoxa çıxıb. Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Məhmət Qaraborq Adana Terrorla Mübarizə İdarəsinin rəhbəri olub. Türkiyənin hüquq-mühafizə orqanları ev dustaqlığına buraxılan Qarborqun qanunsuz yolla Türkiyəni tərk edərək, Amerikaya qaçdığını müəyyən edib. Qeyd edək ki, Qaraborq əvvəllər İstanbul Polis İdarəsində Terrorla Mübarizə Şöbəsində işləyib. Onun adı Ergenekon məhkəməsi zamanı mətbuata hallanmışdı.