Akif Nağıya imza vərəqələri verilmir

Baxış sayı:
4723

Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürmüş QAT sədri Akif Nağı yenədə əngəllərlə üzləşib. A.Nağının seçki qərargahının rəhbəri QAT Ali Məclisin sədri Barat İmani bildirib: “Seçki Məcəlləsinin tələblərinə görə biz imza vərəqələrini fevral ayının 23-də almalı idik. Təəssüf ki, çoxsaylı müraciətlərimizə və MSK-nın mərkəzi qərargahına gedib imza vərəqələrini tələb etməyimizə baxmayaraq, heç bir konkret cavab vermir, ləngimənin səbəblərini izah etmirlər. Bir daha bəyan edirik ki, biz bunu Akif Nağının prezident seçkilərində iştirak etməsinə təziq forması kimi qəbul edirik. Hesab edirik ki, Akif Nağı öz gələcək seçki platformasında Qarabağın ancaq müharibə yolu ilə azad olunmasını bir nömrəli məsələ kimi qabartması, görünür hansısa qüvvələri narahat edir. Mərkəzi Seçki Komissiyası bu hərəkəti ilə qanunu bir daha pozur, namizədimizin qeydə alınması üçün imzaların vaxtında toplanıb təqdim olunmasına süni əngəllər yaradır.”
Seçki qərargahı MSK-dan imza vərəqələrinin verilməməsinə aydınlıq gətirilməsini tələb edirlər.