Alman yazardan MÜDHİŞ AÇIQLAMA: “ƏRDOĞANI EDAM ETMƏK İSTƏYİRLƏR”

Baxış sayı:
8419

Alman jurnalist və yazıçı Hörstel, Türkiyə prezidenti Ərdoğanın üzərindəki təzyiqə işarə edərək, Almanların baş verənləri yaxşı dərk edərək Ərdoğan və Türkiyənin yanında yer alması lazım olduğunu vurğulayıb. ABŞ rəhbərliyinin siyasətlərini də tənqid edən Alman yazıçı, "Son super gücün dəli dana kimi hərəkət etməsinin qarşısını almalıyıq" - deyib.
 
Məşhur Alman jurnalist və yazıçı Kristof R. Hörstel, “NuoViso” kanalına qonaq olub. Aparıcının Dəniz Ucal həbsdən buraxılması və prezident Ərdoğan haqqındakı suallarını cavablandıran Hörstel, bir çox ciddi dəyərləndirmələr edib.
Hörstelin açıqlamalarının əsas məqamları bunlardır;
“Dəniz Ucal hadisəsindən kəşfiyyat işi iyi gəlir. Və başqa hallar da var, təəssüf ki. Və yaşadığımız bu hadisə sivil bir müharibə məcrasıdır. Burada dövlət tərəfindən insanlar jurnalistika qiyafəsi adı altında vəzifələndirilir. Və daha sonra çevriliş cinayət təhdidi altında olan dövlət olur".
 
“MƏSƏLƏ ƏRDOĞANIN EDAM EDİLMƏSİDİR”
 
“Məsələ Ərdoğanın edam olunmasıdır. Mən 100 faiz əminəm və bu iddia barədə başımı ortaya qoyuram. Ərdoğanın edamı mövzusunda MKİ-nin planlarına Alman Kəşfiyyatı malikdir. Zəmanət qətidir və bu ölkə bir NATO tərəfdaşıdır".
 
ƏRDOĞAN MÜSTƏQİL OLMAĞI YOXLAYIR
 
“Geri çəkilib baxmaq lazımdır. Ərdoğan nə etmək istəyir? Ərdoğan Vaşinqtondan müstəqil olmağı və iki tərəflə yaxşı bazarlıq etməyi sınaqdan keçirir. Rusiya, İran və Çinlə görüşür. Ümumi baxdıqda, Türkiyənin sülhü dəstəkləyən bu kursunda Almaniya haradadır, bizdən hər hansı bir dəstək alırmı? Ərdoğanın etdiyi şey ən əsas Avropa və Almaniya marağıdır”.
 
“SÜPER GÜCÜN DƏLİ DANA KİMİ HƏRƏKƏT ETMƏSİNİN QARŞISI ALINMIALIDIR"
 
“Burada məsələ anti Amerikançılıq deyil. Əslində bunun özü də axmaqcasına və səhvdir, eləcə də buna qarşıyam. Məsələ, ən son qalan super gücün dəli dana kimi hərəkət etməsinin qarşısını almaqdır. Danalardan üzr istəyirəm, çünki çox kübar heyvanlardır".
 
“ƏRDOĞANIN GETDİYİ YOLU GETMƏLİYİK"
 
“Bu, çox əhəmiyyətlidir və bu məsələdə Ərdoğan tarixi mənada cığır açır. Biz Ərdoğanın etdiyini görmürük, bunu ucaltmırıq, əksinə, adama çətinlik yaradırıq. Əgər biz Almanlar sağalmaq, Merkelin xırda siyasətindən xilas olmaq istəyiriksə, Ərdoğanın getdiyi yolu getmək lazımdır. O halda deyirəm ki, bu gündən tezi yoxdur, birləşməliyik. Dostluq yaradaq və bunu yaşayaq, Ərdoğan və Türklərlə".
 
“TÜRKLƏR BOYUN ƏYMƏK İSTƏMİR"
 
“Türklər bizdən fərqli bir şey istəmir. Rahatlıq istəyirlər, bölünmək istəmirlər və Vaşinqtona da boyun əymək istəmirlər. Nə özlərinə, nə də qonşularına yaramayacaq heç bir absurd müharibəyə da cəlb olunmaq istəmirlər. Vəziyyət budur. Bundan başqa, iqtisadi-maliyyə mənada kənardan təzyiq tətbiq olunmasını istəmirlər, bu gün olduğu kimi. Türk Lirəsi təzyiq altındadır, boykotvari hərəkətlər var. Ərdoğan bunlara qarşı mübarizə aparır. Biz Almanlar Ərdoğanın yanında olmalıyıq".
Müxalifət.az