Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı BƏYANAT VERDİ

Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat yayıb.
Muxalifət.az xəbər verir ki, bəyanatda soyqırım və Azərbaycan torpaqlarının illərlə davam edən işğalı şiddətlə qınanılır.
“Türkiyə olaraq 26 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın üzləşdiyi qəddar hücumları və qətliamı həmişə qəlbimizin dərinliklərində hiss edir və bu kədəri paylaşırıq”, - bəyanatda deyilir.
Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə edilib və yaralanıb, mindən çox insan əsir götürülüb.
Bəyanatda Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğu, bir bir milyondan çox insanın öz ölkəsində qaçqın kimi yaşamaqda olduğu vurğulanıb.