​ABŞ İslam dünyasına müharibə ELAN ETDİ – 14 may

Baxış sayı:
4141

Dünya Müsəlman Alimlər Birliyinin Baş katibi Əli Qaradağ ABŞ-ın Təl-Əvivdəki səfirliyini mayın 14-də Qüdsə daşıma planına qarşı çağırış edib.
Muxalifət.az xəbər verir ki, o, yaydığı yazılı açıqlamada fələstinliləri, islam dünyasını və bütün insanları ABŞ-a qarşı ayağa qalxmağa çağırıb.
"Qüdsün kimliyinin dəyişdirilməsinə icazə vermək ayıbdır. Bunu edənləri Allah da bağışlamaz. ABŞ-ın bu planının qarşısını almalıyıq. Bu qərar ABŞ-ın müsəlmanlara qarşı başlatdığı savaşdır", - Əli Qaradağ bildirib.
Qeyd edək ki, ABŞ hökuməti mayın 14-də səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul edib.