PKK lideri Praqada beşulduzlu oteldə yaxalandı – BAŞINA 4 MİLYON QOYULMUŞDU

Baxış sayı:
2380

Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi PKK/PYD terror təşkilatının keçmiş həmsədri Salih Müslim Praqada saxlanılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, Çexiya təhlükəsizlik qüvvələri bu gücə saat 3 radələrində Salih Müslimi Praqada qaldığı oteldə saxlayaraq Türkiyə tərəfini məlumatlandırıb.
İnterpolun Çexiya bürosu Müslimin Türkiyənin verdiyi sorğu əsasında saxlanıldığını açıqlayıb. Çexiya hüquq-mühafizə orqanları onun Türkiyəyə ekstradisiyası üçün lazım olan sənədlərin tələb edildiyini açıqlayıb. Salih Müslimin barəsində müvəqqəti həbs qətimkan tədbiri seçilib. Türkiyənin Ədliyyə Nazirliyi onun ekstradisiyası üçün lazım olan sənədləri Çexiyaya göndərəcəyi açıqlanıb.
Salih Müslim Türkiyə tərəfindən terrorçuluq cinayətlərinə görə axtarışa verilib. Onun başına 4 milyon TL pul mükafatı qoyulub. Türkiyənin Praqadakı səfiri Ahmet Necati Bigali bildirib ki, PKK-nın Suriyadakı qolu olan PYD-nin keçmiş həmsədri Müslimin ekstradisiyası üçün tələb Çexiya daxili işlər nazirinin müavininə bu gün səhər saatlarında çatdırılıb.
Bundan əvvəl Salih Müslimin Praqadakı “Mariott” otelində göründüyü haqda xəbər yayılmışdı(virtualaz.org).