​ “Ağlı özünüzə saxlayın, çünki buna çox ehtiyacınız var...” – Ərdoğan açdı ağzını, yumdu gözünü

Baxış sayı:
10924

Bəziləri kimi bu millətin gedib Əsədddən əmr almağa ehtiyacı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə xalq qarşısında çıxışı zamanı söyləyib. O, Türkiyəyə ağıl öyrətməyə çalışanlara xəbərdarlıq edib:
“O dağlara betonların haradan gəldiyini bilirik. Telefonla danışanda özlərinə də deyəcəyəm. Terrorçulara o tunelləri siz hazırlamısınız və orada yaşamağa imkan yaratmısınız. Qalxıb da Türkiyəyə dərs verməyə çalışmayın. Dərs alacaq biriləri varsa, o da sizsiniz. Terrorçular yox olana qədər bu mübarizə davam edəcək. Çıxıb deyirlər ki, mülki vətəndaşları öldürməyin. Kim vətəndaşları öldürür? Türkiyə sərhədində biz səssiz qalacağıq, dünyanın o başından gəlib utanmadan bizə ağıl verməyə çalışacaqlar. O ağlı özünüzə saxlayın, çünki buna çox ehtiyacınız var”.