Əgər Rusiya və Çin bunu etsə... – ABŞ HƏDƏLƏDİ

Baxış sayı:
4294

ABŞ Rusiya və Çin gəmilərini öz qara siyahısına salmağa hazırdır.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib.
 “Bizim əsas istəyimiz Rusiya və Çin gəmilərinin Şimali Koreyaya qarşı sanksiyaları yarmamasıdır. Əgər bu baş versə, biz onları qara siyahıya salmağa hazırıq. Sanksiyaları pozan gəmilərin kimə məxsus olması bizim üçün əhəmiyyətli deyil”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirib. Yeni sanksiyalar paketinə Şimali Koreyanın 56 gəmi və gəmiçilik şirkəti daxil edilib.