“Siyasətçilərin populizmi iqtisadi qanunauyğunluqları üstələyir” - Məhəmməd TALIBLI

Baxış sayı:
5308

“Hökumətlərin qısa müddətli uğurlarına uzaqgörən və iqtisadi təfəkkürü olanlar sevinməz. Bizim iqtisadiyyatda yaranmış tənəzzül elementləri çətin günə saxlanılan resurslar hesabına neytrallaşdırır.
Beləliklə bu cür ”yanğınsöndürmə” əməliyyatı sizdə sabaha yalançı ümid yaratmasın”.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı deyib.
 
“Rəqabət təkəri sıradan çıxmış bu maşının qəzasının bədəlini növbəti nəsillər ödəyəcək”
 
Talıblı vurğulayıb ki, əslində, iqtisadiyyatın altına qoyulmuş ”minalar” (alınmış kreditlər, artan xarici borclar, rezervlərin xərclənməsi, bonusların cəlbi) uzunmüddətli effektləri boğur: “Iqtisadiyyat adında maşın məhz buna görə uzunmənzilli yola çıxa bilmir. Rəqabət təkəri sıradan çıxmış bu maşının qəzasının bədəlini isə növbəti nəsillər ödəyəcək. Çünki siyasətçilərin populizmi iqtisadi qanunauyğunluqları üstələyir. Buna yol verməyən hökumətləri mən ”iqtisadi vizyonu olan hökumətlər” adlandırıram”.