İranın Afrin planları ORTAYA ÇIXDI

Suriya rejiminin Afrinə Şiə milislərini göndərməsinin arxasında İranın da gizli hesabları olduğu bildirilir.
ASO, Tel Rifatı alaraq Nubul-Zehra regionunu mühasirəyə alma ehtimalına qarşı Afrinə Şiə milislərini göndərməyə çalışdığı, İranın bu gedişlə ASO-nun işini çətinləşdirmək istədiyi və Afrində olan Şiə Kürdlərə çataraq yeni hərəkat sahəsinə qovuşmaq hesabları qurduğu deyilir.
Bölgədəki mənbələrə görə, Afrinə girməyə çalışan terrorçularla bağlı İranın arxa plandakı rolu nəzərdən qaçırılır. Qaynaqlar, İranın Afrinə qarşı hərəkatdan narahat olduğunu, bunun səbəbinin də Nubul-Zehra bölgəsindəki İran mövcudluğundan irəli gəldiyini bildirir. İranın Nubul-Zehrayı sanki baza halına gətirdiyi, İran İnqilab Mühafizəçilərinin də şəxsən orada olduğu iddia edilir.
ASO TEL RİFATI NƏZARƏT ALTINA ALIRSA.
ASO Afrini terrordan təmizləyib Tel Rifat gedib oranı nəzarət altına alsa, Nubul-Zehradaki Şiə milislərlə qonşu olacaq. ASO ilə İran nəzarətindəki Şiə milislərin toqquşma ehtimalının yüksək olduğu qeyd edilir. Buna görə də İranın Afrindəki PKK/PYD-YPG terror təşkilatına gizli dəstək verilməsinə göz yumduğu deyilir.
TEHRANDAN XƏBƏRSİZ ADDIM ATMIRLAR
Afrinə girməyə çalışarkən Türkiyə tərəfindən atəşə məruz qalan Şiə milislərinin İranın nəzarətində hərəkət etdiyi, bölgədə Dəməşq rejiminə bağlı Şehibbaların belə İrandan xəbərsiz addım atmadığına diqqət çəkilir. İranın Sincardaki PKK- lılara Suriya-İraq arasındakı əlaqəni təmin edən Əl-Rabia Sərhəd Qapısı üzərindən keçid imkanları yaratdığı, təşkilatla fərqli nöqtələrdə gizli ittifaq içində olduğu bildirilir.
Müxalifət.az