Afrində PKK-nın MAFİYASI ÜZƏ ÇIXDI

Terror təşkilatı PKK-nın Afrin üzrə səlahiyyətlisi Abdo Hayr, şəhərdəki super lüks villasında, narkotikdən əldə etdiyi gəlirlə dəbdəbəli bir həyat sürür. İraq, Suriya və Türkiyədə minlərlə uşağı ailələrindən qoparıb ölümə göndərən terror təşkilatının başçıları super lüks villalarda səfa sürür. Bunlardan biri, PKK-nın Afrindəki slahiyyətlisi Abdo hayrdır. Narkotik plantasiyaları, zəhər emalatxanaları və özünə bağlı yüzlərlə terrorçusu olan Hayr, əldə etdiyi çirkli pulla dəbdəbə içində yaşayır. Hayr, Afrin daxilində idarə etdiyi 8 ayrı narkotik emalatxanasında 13-18 yaş arası uşaqları işlədir. Dikmetaş, Cinderes, Raco və Deyrisuvan bölgələrində yüzlərlə hektar sahədə narkotik becərtdirən Hayr, həm də klassik avtomobil kolleksiyaçısı kimi tanınır və cins atlardan ibarət olan bir də təsərrüfata sahibdir. Afrində davam edən müharibəyə baxmayaraq, lüks həyat sürməyə davam edən Abdo Hayra aid fotoşəkillər əldə edilib. LÜKS MAŞINLAR VƏ 5 VİLLA “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, terror təşkilatının narkotik istehsal və marketinqində əhəmiyyətli bir mövqeyə sahib olan Abdo Hayr, sosial media hesabında PKK başçısı Abdullah Öcalan üçün "Kürdü Yaradan Ölümsüz Öndər” - deyə bəhs edir. Eyni zamanda, Livan Hizbullahı lideri Həsən Nasrallah və Suriyada dövlət terroru törədən Bəşşar Əsədi tərifləyən çıxış və paylaşmalar da edir. Terror və narkotikdən əldə etdiyi gəlirlə daşınmaz əmlak investisiyaları da edən Hayrın, hər biri 1,5 milyon dollar dəyərində 5 villası var. Lüks CEEP və klassik avtomobillər həvəskarı olan Hayr, eyni zamanda, atlara olan bağlılığı səbəbiylə Afrində 4 milyon dollara bir də at ferması qurub. EDAMLARI DA O EDİR Afrindən Cənubi Afrikaya qədər uzanan narkotik marketinq dəzgahının başındakı şəxslərdən olan Abdo Hayr, terror təşkilatının edam əmri verdiyi döyüşçülərə qarşı işgəncələri də tanınır. Müxaliflərin Hələbdən çıxmasından sonra Şeyx Maqsud və Eşrefiyye bölgələrində yaşayan Kürdləri Afrində müharibəyə inandırmaq tapşırığı da məhz Hayra həvalə olunub, O, 2017-ci ilin əvvəlində 3 ay ərzində Hələbdə qaldı. PKK-Əsəd Rejimi ilə əməkdaşlıq çərçivəsində Hələbdən 500-dən artıq PKK-lının Afrinə gətirilməsində baş rolu oynadı. YENİ MARŞRUT AXTARIR “Zeytun Budağı” hərəkatını həyata keçirən TSQ və ASO, sərhəddən keçirilən narkotik, terrorçu və insan qaçaqmalçılığı kanallarını tamamilə bağlayıb. Alver kanalları bağlanan PKK rəhbərliyi isə Abdo Hayra "Yeni marşrut tap" göstərişi verib. Terror xəttində yeni marşrut təlaşına düşən Hayr, narkotiki Fərat Qalxanı zonasından Kaibe kənd və Azez-Siccu üzərindən Mersin-Taşucuya çatdırmağa çalışıb. Ancaq görülən tədbirlər, Hayrın yeni planına zərbə vurub. Öncüpınar və Cerablus bölgələrində, ASO-nun nəzarət etdiyi bölgələrdəki əlaqələri vasitəsilə narkotik keçirməyə çalışan dəstəyə aid milyonlarla həb və zəhərə təhlükəsizlik qüvvələri tərəfindən əl qoyulub. Müxalifət.az