Rusiya ittihamları qəbul etmədi: Biz bombalamadıq
21-02-2018 19:32
Baxış sayı:
7327

Suriyanın Şərqi Quta bölgəsində vətəndaşların bombardmana məruz qalması barədə yayılan iddialar əsassızdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov söyləyib.
"Bunlar əsassız ittihamlardır. Bunların hansı səbəblərlə bağlı yayıldığını bilmirik. Məsələ ilə bağlı konkret məlumatlar təqdim edilməyib. Bu səbəbdən ittihamları rədd edirik", - Peskov söyləyib.
Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert Rusiyaya Əsədi bombardmanı dayandırması barədə çağırış edib.