ABŞ Suriyada yeni “Quantanamo” HƏBSXANASI QURUB

Baxış sayı:
6871

MKİ terror təşkilatı YPG/PKK-nın işğalı altında olan Hasekədə Quantanamoya bənzər bir hərbi baza qurub.
 
Əsəd rejimi, 2011-ci ildə qiyam prosesinin ilk dövrlərində regionu terror təşkilatı PKK-PYD terror təşkilatına təslim etmişdi.
Dəməşq-PKK əməkdaşlığı dövründə Hasekənin nəzarəti PYD terrorçularına buraxılsa da, dövlət binaları rejimə bağlıydı.
Suriya siyasətini PKK üzərində quran Amerika ilə PKK-PYD ittifaqı formalaşmağa başlayanda Hasəkə vilayəti Amerikalılar tərəfindən də istismara məruz qaldı.
Pentaqon bölgədə təxminən 13 baza qurdu.
Hasəkədəki Mərkəzi Həbsxana da bu bazalardan biridir.
Hasəkə Həbsxanası bu günlərdə Amerika əsgərlərindən başqa, mülki Amerikalıların da tez-tez girib çıxdığı bir yer olduğu bildirilir.
Xüsusilə həbsxananın içərisindəki meydançadan çox sayda vertolyotun enib,qalxdığı müşahidə olunur.
Hasəkədəki bəzi mülki aktivist qruplar, o vertolyotları lentə alıblar.
Vertolyotlar, Amerika hava qüvvələrinin inventarından deyil. Bölgədəki koalisiya güclərinin istifadə etdiyi hava vasitələri tərkibində də deyil.
Qara rəngli, üzərində heç bir tanınma işarəsi olmayan Sikorsky S-92 tipli vertolyotların MKİ-yə aid olduğu bildirilir.
ABŞ bazası kimi istifadə edilən həbsxanaya eyni tip vertolyotlarla giriş-çıxış edən mülki görünüşlü Amerikalıların da MKİ casusları olduğu bildirilir.
MKİ-nin PKK işğalı altında olan Hasəkə Həbsxanasında nə etdiyi maraq doğurur.
Amerikanın buranı ikinci bir “Quantanamo” bazası olaraq istismara verdiyi xəbərləri yayılır.
 
ÇOX SAYDA ƏSİR VAR
 
Həbsxanada MKİ casusları tərəfindən sorğu-sual olunan əsirlərin əksəriyyətinin İŞİD terrorçuları olduğu yönündə məlumatlar vardır.
Amma əsirlərin bir bölümünün də Əsəd rejiminə müxalif olan siyasilər olduğu istiqamətində də məlumatlar var.
Yəni MKİ, PKK işğalındakı Hasəkədə yaratdığı hərbi bazada, Əsəd rejiminə müxaliflərlə bərabər, PKK-ya da müxalif olan siyasi Kürdlər və çox sayda mülki əsirləri də saxlayır.
Xatırladaq ki, ABŞ 2003-ci ildə İraqı işğal etmişdi. İşğal prosesində Əbu Gureyb Həbsxanası ilə Camp Bucca həbsxanası, əsir düşən İraqlı əsirlərlə doldurulmuşdu. Bunlara Əl Qaidəçi damğası vurularaq, işgəncə verilmişdi. ABŞ indi eyni zülmü Suriyada davam etdirir.
Müxalifət.az